Könül Nurullayeva sərt tənqid edildi: “Pulları yoxdur, əvəzində Ermənistanda qalmış torpaqlarımızı versinlər”backend

“Milli Məclisin deputatı Könül Nurullayevə noyabrın 12-də Türkiyənin TV Net telekanalının “ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi” barədə sualına cavab olaraq deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.”  Bunlar çox mərhəmətlidirlər, ermənilərin də əvəzinə düşünüb, onlara humanistlik edirlər”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, Ermənilər Azərbaycana 100 milyardlarla dollar ziyan vurub: “Erməni diasporasının puluna nə gəlib, onların maliyyələşdirdiyi silahlı quldurlar Qarabağda kəndləri xarabalıqlara çevirib, hətta məzarlıqları dağıdıb, minlərlə gəncin həyatına son qoyublar. Bunlar da ürəyi yanmışlıq edirlər, ermənilərə yazıqları gəlir ki, pulları yoxdur, ona görə də bizə təzminat lazım deyil. Pulları yoxdur, əvəzində Ermənistanda qalmış  torpaqlarımızı versinlər. Əsas odur ki, təzminat ödəsinlər.

Yaxşı ki, Milli Məclisin İntizam Komissiyası buna görə Könül Nurullayevaya töhmət verib. Heç kəs bu fikrə düşməsin, ermənilərə yüz illərlə güzəşt etdik, nəticələri də göz qabağındadır”.