Koronavirus bu ölkədə 1800-ə yaxın can alıbbackend

İspaniyada COVİD-19 virusuna yoluxanların sayında sürətli artım müşahidə olunur.

“Yeni Gündəm” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, ölkə üzrə koronavirusa yeni yoluxanların sayı 3 mini keçib.

Ümumilikdə isə İspaniyada 28,572 nəfər epidemiyaya yoluxub. Onlardan 1,753-ü ölüb, 25 minə yaxını isə aktiv koronavirus xəstəsidir.

Qeyd edək ki, epidemiya 188 ölkədə yayılıb. Statistikaya əsasən, ən çox yoluxma faktı Çin, İtaliya və İspaniyada qeydə alınıb.