Koronavirus dünyanı necə dəyişir: insanlar ölür, ağrı çəkir, yoxsullaşır – ŞOK FOTOLARbackend

Hər gün koronavirus pandemiyası dünyada minlərlə insanı öldürür.

“Yeni Gündəm” xəbər verir ki, yeni COVID-19 virusu ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edildi. Bu gün virus planetdə sürətlə yayılır.

Artıq 320 mindən çox insan koronavirusdan öldü, 5 milyona yaxın insan bu xəstəliyə yoluxdu.

ABŞ və Braziliya və bir sıra Avropa ölkələri ölüm və infeksiyaların sayına görə liderdir.

Latın Amerikası ölkələri arasında Braziliya koronavirus və ölüm hallarının sayına görə öndə gedir.  Orada ilk yoluxma fevralın sonunda qeydə alınıb. Lakin bu müddət ərzində ölkə yoluxanların sayına görə Avropa ölkələrini qabaqlayaraq üçüncü yerə yüksəldi və indi Rusiya və ABŞ-dan geri qalır.

Nyu-York ştatı ABŞ-da virusun episentridir. Həmçinin, ölümlərin çoxu Nyu-Yorkda baş verir. ABŞ-da 93 mindən çox amerikalı virusun qurbanıdır. Avropada yoluxanların sayına görə ilk sırada Böyük Britaniyadır (249 mindən çox). Bu ölkədə Şahzadə Çarlz və Baş nazir Boris Conson koronavirus xəstəliyinə tutuldu.

Koronavirusun dünyanın insanlarının həyatına necə təsir etdiyini və bütün ölkələrin mənzərəsini dəyişdiyini əks etdirən fotoları sizə təqdim edirik.