Koronavirus hamilə qadınlar üçün təhlükəlidirmi?backend

Dünyada koronavirus pandemiyası davam edir. Bəs hamilə qadınlar digərləri kimi yoluxa bilərlərmi?

Həm hə, həm də yox. Koronavirus üçün kimin orqanizminə hücum etməyin fərqi yoxdur. Buna görə, gələcək analar da başqa insanlar kimi eyni yol ilə  SARS‑CoV‑2 virusuna yoluxa bilərlər: hava-damcı və ya çirklənmiş səthə toxunub, sonradan həmin əllə burunları, ağızları yaxud gözlərinə toxunmaqla. Lakin vacib nüans var.

Belə ki, digər tərəfdən hamiləliyin koronavirusa yoluxma riskini artırmasına dəlalət edən məlumatlar yoxdur. Başqa məqam isə orqanizmdəki dəyişikliklərlə əlaqədar qadınların bəzi infeksiyalara, məsələn, A tipli qripə tez-tez yoluxması ilə bağlıdır.

Eyni müşahidənin koronavirusa aid olub-olmadığı dəqiq deyil. Lakin tamamilə aydındır ki, gələcək analar epidemiyalar zamanı özlərini daha diqqətlə qorumalıdırlar.

Hamilələr koronavirusu necə keçirirlər?

Hələlik məlumat azdır, lakin olanlar nikbinlik yaradır. Deyəsən hamilə qadınlar koronavirusu hamıdan daha asan keçirirlər. Belə ki, 147 hamilə qadının analizi onlardan yalnız 8%-də xəstəliyin ağır formasının olduğunu və yalnız 1%-nin intensiv terapiyaya ehtiyac duyduğunu göstərib.

Müqayisə üçün, COVID‑19 virusuna yoluxanların orta hesabla 15%-i ağır, 5%-i isə kritik vəziyyətə düşür.

Lakin nəzərə almaq lazımdır ki, bu, hələlik yeganə tədqiqatdır. Eyni zamanda o, digər müşahidələrə ziddir. Belə ki, hamilə qadınlar SARS‑CoV‑2 qrupundan viruslara, həmçinin digər respirator xəstəliklərinə, məsələn, qripə yoluxduqda, onu digərlərindən daha ağır keçirirlər.

Koronavirus ana və uşağa necə təsir edir?

Hələlik birmənalı məlumatlar yoxdur. Amerika Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin (CDC) ekspertləri bildirirlər ki, yüngül və orta formada koronavirus hamiləlik və gələcək uşağın sağlamlığına heç bir təsir göstərmir. Koronavirus infeksiyası ilə bağlı testin cavabı müsbət olan bir neçə anada vaxtından əvvəl doğuş qeydə alınıb. Lakin bu hallara məhz koronavirusun səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

Koronavirusun ilk simptomları peyda olduqda, nə etməli?

Ümumi qayda üzrə hərəkət edin: sizə baxan həkimlə (terapevt yaxud ginekolog) əlaqə saxlayın.

Aşağıdakı hallarda təcili yardıma zəng edin:

– Çətinliklə nəfəs aldıqda (məsələn, nəfəs almaq çətinləşib yaxud sakit vəziyyətdə dəqiqədə 30 dəfədən çox nəfəs alırsınız);
– Sinədə daimi ağrı yaxud ağırlıq hiss edirsiniz;
– Dodaqlar və üz göyərən çalarlar alıb.

Bütün hamilə qadınlar COVID-19 koronavirusu ilə bağlı testdən keçməlidirlərmi?

Mütləq deyil. Bu, ölkədə qəbul olunmuş qaydalardan asılıdır.

Ümumdünya Səhiyyə Təşkilatı Mütəxəssisləri hesab edirlər ki, COVID‑19 simptomları olan hamilə qadınları ilk növbədə testdən keçirmək lazımdır. Bu, zərurət olduqda onlara dərhal kömək göstərmək üçün nəzərdə tutulur.

Koronavirusa yoluxduqda, doğmaq təhlükəlidirmi?

Nə ÜST, nə də CDC bu barədə xəbərdarlıq etmir. Beləliklə, birmənalı cavab yoxdur.

Ana hamiləlik yaxud doğuş zamanı uşağı yoluxdura bilərmi?

Alimlər dəqiq bilmir, çünki hələlik tədqiqatların sayı azdır. CDC-in məlumatına görə, yoluxmuş analarda doğulan uşaqlarda indiyədək koronavirusa qarşı heç bir müsbət test qeydə alınmayıb.

Dölətrafı maye və ana südündə də SARS‑CoV‑2 virusunun izlərinə rast gəlinməyib.

Yalnız Çində aparılmış kiçik bir tədqiqat bunun əksini deyir. Həkimlər 33 yoluxmuş qadın və onların yeni doğulmuş körpələrini müayinə ediblər. Üç körpədə infeksiyanın simptomları aşkarlanıb. Lakin körpələrin ana bətnində yaxud doğulduqdan sonra yoluxması ilə bağlı birmənalı məlumat yoxdur, çünki testi onlara doğulan kimi deyil, bir neçə gündən sonra ediblər.

Koronavirus testi müsbət olduqda, uşağı ana südü ilə qidalandırmaq olar?

Virusun ana südü ilə keçmədiyini nəzərə alsaq, olar. Lakin bu zaman qidalandıran ana bütün zəruri ehtiyat tədbirlərini görməlidir:

– Uşağa toxunmazdan əvvəl əlini yumalı;
– Körpə ilə istənilən əlaqə, o cümlədən qidalandırma zamanı burun və ağızı örtən maska taxmalı;
– Ana südünü sıxarkən verərkən əllərini yumalıdır.

Kəskin respirator xəstəliklərinin simptomları olduqda körpə ilə əlaqələri minimuma endirmək lazımdır. Bu halda yaxşı olardı ki, ana südünü qaba sıxsın, uşağı isə başqası yedizdirsin.

Hamil qadınlar koronavirusdan necə qoruna bilərlər?

Tövsiyələr hamı üçün olduğu kimidir:

– Əllərinizi isti suda sabunla tez-tez yuyun yaxud spirt tərkibli antiseptiklərdən istifadə edin;
– İnsanların çox olduğu yerlərdən qaçın;
– İnsanlarla əlaqə saxlamaq lazım olduqda azı 1,5 m məsafə saxlayın;
– Əllərinizi üzünüzə toxundurmayın.

Mənbə: Lifehacker