Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesusun sözlərinə görə, COVID-19 pandemiyasının sona çatması 2023-cü ildə gözlənilir.
“Yeni Gundem” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əminəm ki, 2023-cü ilin bir nöqtəsində biz COVID-19-u ictimai səhiyyə fövqəladə halı və ya pandemiya kimi ləğv edəcəyik” -dedi.
Onun sözlərinə görə, hazırda dünyada epidemioloji vəziyyət nisbətən sabitdir. Son həftələrdə xəstələnmə və ölüm göstəriciləri pandemiyanın ilk günlərinə nisbətən xeyli aşağı olmuşdur.
Bununla belə, özündən razı qalmaq hələ tezdir. Mütəxəssislərin fikrincə, koronavirusun yeni mutasiyalarının gələcəkdə yaranmayacağına və pandemiyanın yeni dalğasına səbəb olacağına heç bir zəmanət yoxdur.
Fərahim Rəhimov