Koronavirus xəstələrinin səhhəti bu SƏBƏBDƏN PİSLƏŞİRbackend

Britaniyanın Ekseterski Universiteti və ABŞ-ın Konnektikuta Universitetinin alimlərinin apardığı araşdırma nəticəsində koronavirus və onun ən ağır forması olan COVİD-19 infeksiyasına yoluxma riskinə güclü təsir edən gen aşkar edilib.

“Yeni Gündəm”-in məlumatına görə, alimlərin araşdırması nəticəsində bəlli olub ki, insanlarda iki nüsxəli qüsurlu APOE mövcuddur və bu Alçqeymer xəsətəliyi zamanı insana koronavirus infeksiyasına yoluxma riskini və onun ağırlaşmasının ikiqat artmasına şərait yaradır.

Alimlərin bu araşdırması ilə bağlı geniş məqalə “Journal of the American Medical Association”da dərc olunub.
Əvvəllər alimlər hesab edirdilər ki, demans xəstəliyinə düşar olan insanlar arasında bu infekisya daha sürətlə yayılır. Lakin analizlərin nəticəsi sübut etdi ki, burada əsas rolu APOE e4e4 genotipi əsas rol oynayır.

Yenigündəm.az