Koronavirusa gündəlik yoluxma sayı rekorda çatdı – Ukraynadabackend

Ukraynada son sutka ərzində 18 132 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

“Yeni Gündəm”-in məlumatına görə, bununla da Ukraynada COVID-19-a sutkalıq yoluxma rekorda çatıb. Son sutka ərzində 326 nəfərin koronavirusdan öldüyü bildirilir.

Ötən gün ərzində Ukraynada 7 138 pasiyent koronavirusdan sağalıb, 4 826 nəfər xəstəxanalara yerləşdirilib.