Koronavirusa qalib gələn ölkələr — SİYAHIbackend

Daha bir ölkə COVID-19 virusuna qalib gəldiyini rəsmən elan edib.

“Yeni Gündəm” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı təsdiqləyib.

Belə ki, Karib hövzəsində yerləşən ada dövlətlərindən olan Arubada koronavirusa yoluxmuş 101 nəfərdən 98-i sağalaraq evə buraxılıb. Sadəcə 3 nəfər COVID-19-un qurbanı olub.

ÜST-ün rəsmi saytında Aruba koronaviruslu ölkələr siyahısından çıxarılıb.

Bu günə qədər koronavirusa qalib gəldiyini elan edən ölkələrin siyahısı belədir: Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominikan Respublikası, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqro. baku.ws