Koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyi açıqlandıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.

“Yeni Gündəm”-in məlumatına görə, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.

“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, – deyə Türkiyə lideri qeyd edib.