Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilərlərbackend

Koronavirusa yoluxan şəxslər 6 aydan sonra peyvənd oluna bilərlər.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: “6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.

Qeyd edək ki, fevralın 5-dən etibarən yaşı 65-dən yuxarı olan və həmçinin son 1 il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşların peyvənd olunması ilə bağlı elektron qeydiyyat aktivləşib. Randevu.its.gov.az saytında qeydiyyatdan keçən şəxslərin bu gündən etibarən peyvəndlənməsinə başlanılır.