Koronavirusa yoluxmuş sabiq deputatı Türkiyəyə apardılarbackend

“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

“Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.Modern.az