Koronavirusdan ölənlərin sayı 360-ı keçdibackend

Çində 17 205 nəfər koronavirusa yoluxub, onlardan 361 nəfər dünyasını dəyişib.

 “Yeni Gündem”in xəbərinə görə, bu barədə Çinin sağlamlıq məsələləri üzrə dövlət komitəsi məlumat yayıb.

Ötən gün ərzində virusa yoluxmuş insanların sayı 2229 nəfər, ölüm halları isə 57 nəfər artıb. Belə ki, 56 nəfər Hubeydə, 1 nəfər isə Çunçine şəhərində vəfat edib.

Ölkənin tibb müəssisələrində xəstəliyin olması şübhəsi ilə 152 min insanın olduğu müşahidə edilir, uğurlu müalicə kursundan sonra 475 xəstə evə buraxılıb.

Qeyd edək ki, Honkonqda 15, Tayvanda 10, Makaoda 8 xəstəlik halı qeydə alınıb.

Asiyada 96 nəfər virusa yoluxub. Avropada 23, Şimali Amerikada 13, Avstraliyada 12, dünyanın digər ştatlarında və bölgələrində 5 yoluxma hadisəsi qeydə alınıb.