Koronavirusla bağlı video paylaşdı, qəzəbə tuş gəldi – Videobackend

İngiltərə yığması və Londonun “Tottenhem Hotspur” klubunun 23 yaşlı yarımmüdafiəçisi Dele Alli irqçilikdə günahlandırılıb.

“Yeni Gündəm”in məlumatına görə, buna səbəb idmançının Tvitter hesabında koronavirusla bağlı paylaşdığı video olub.

Belə ki, Londonun “Hitrou” aeroportunda lentə alınan videoda Alli əvvəlcə asiyalı bir kişini göstərir, daha sonra isə kameranı antiseptik vasitəyə tərəf çevirir. Görüntüyə o, “Virus mənə təsir etməsi üçün cəld tərpənməlidir” şərhini yazıb.

Çarx yazısı ilə bərabər sosial şəbəkə izləyicilərini qəzəbləndirib. Nəticədə ictimaiyyətin təzyiqi ilə Alli videonu silib və üzr istəyib.