Koronavirusun daha bir növü aşkarlandıbackend

Nyu Yorkda yayılmağa başlayan koronavirusun mutasiyaya uğramış yeni növünün müalicəsi zamanı mövcud peyvənd dərmanlarının səmərəsiz qala biləcəyi güman edilir.

“Yeni Gündəm” xəbər verir ki, bu qənaət Kaliforniya Texnologiya İnstitutu və Kolumbiya Universiteti əməkdaşlarının birgə tədqiqatında irəli sürülüb.

Həmçinin Nyu York növündə başqa ölkələrdə, o cümlədən Cənubi Afrika Respublikasında aşkarlanmış mutasiyaların da mövcud olduğu bildirilir.Report