Koronavirusun tüğyan etdiyi Hindistan daha bir fəlakətlə də üzləşdi: Ölənlər var – VİDEObackend

Hindistanın qərbində “Tauktae” siklonu tüğyan edir.  Küləyin sürətinin saatda 200 km-ə çatdığı bildirilir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

İlkin məlumatlara görə, azı səkkiz nəfər həlak olub, bundan başqa 150 min insan təxliyyə olunub.

Təbii fəlakətlə əlaqədar Mumbai aeroportu işini dayandırıb.