“Körpə olanda valideynlərimiz vəfat etdi, SOS kəndində böyüdük” – Şəhid Səbuhinin qardaşıbackend

“Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib.

O qeyd edib ki, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər:

“Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, “mənimlə fəxr edəcəksən”. Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm”.