Kosta 15 il sonra yenidən Braziliyaya qayıdırbackend

Məşhur futbolçu Dieqo Kostanın yeni klubunun adına aydınlıq gəlib.

“Yeni Gündəm” xəbər verir ki, 32 yaşlı hücumçu 15 il sonra yenidən Braziliyaya qayıdır. O, yerli klublardan “Palmeiras”la razılaşıb. Tərəflərin yaxında 2 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Kostanın son klubu “Atletiko” olub. O, Madrid təmsilçisindən ötən il ayrılıb. Həmçinin Kosta karyerası ərzində “Çelsi”, “Selta” və s. kimi komandalarda da çıxış edib.