Krala yumurta atan gəncə İNANILMAZ CƏZA VERİLDİ – VİDEObackend

Britaniya kralı III Çarlza yumurta atan 23 yaşlı gənc sərbəst buraxılıb.

“Yeni Gundem” xəbər verir ki, onun qarşısında şərt irəli sürülüb. Belə ki, bundan sonra 23 yaşlı Patrik Telvell ictimaiyyət içində yumurta daşıya bilməz.

Qeyd edə ki, 23 yaşlı gənc kral III Çarlz və onun həyat yoldaşı Kraliça Konsorti Kamillaya Yorkda gəzinti zamanı 3 yumurta atıb. Etirazçının yumurta atarkən kral ailəsinə söyüş söydüyü və “bu ölkə qulların qanı üzərində qurulub” və “o, mənim kralım deyil” deyə qışqırıb. Xalq isə “Tanrı kralı qorusun” şüarları səsləndirib, digərləri isə etirazçıya “ar olsun” qışqıraraq kralı dəstəkləyib.