Kreml Azərbaycanın üzrxahlığını niyə qəbul etdiklərini açıqladıbackend

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı Azərbaycanın çevik reaksiyası və qərəzsiz araşdırma aparmağa hazır olması Moskvaya üzrxahlığı qəbul etməsinə imkan verdi.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O deyib: “Azərbaycanlıların Azərbaycan Prezidentinin çevik reaksiyası və Azərbaycanın təfərrüatları qərəzsiz araşdırmağa və günahkarları cəzalandırmağa hazır olması bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi”.