Kreml Baydenin Putinlə görüş təklifinə cavab verdibackend

Kreml Baydenin Putinlə görüş təklifinə cavab verib.

“Yeni Gundem” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika lideri Co Baydenin daha əvvəl qeyd etdiyi Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar, nə qədər ki, Amerika tərəfi rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasında israrlı olsa, mümkün deyil.

Peskov qeyd edib ki, Baydenin təklifində Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tərk etməsi də daxil olmaqla bir neçə bənd var.

“ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır. Və təbii ki, bu, qarşılıqlı müzakirələr üçün əsasların axtarışını xeyli çətinləşdirir. İkincisi, Rusiya prezidenti həmişə danışıqlara açıq olub, açıqdır və qalır. Məhz Rusiya prezidenti hətta xüsusi hərbi əməliyyatdan əvvəl həm ABŞ, həm də NATO ilə danışıqlara başlamağa cəhd edib”, – Kremlin sözçüsü bildirib.

Ayşən

Yenigundem.az