Kreml Ermənistan və Azərbaycana ÇAĞIRIŞ ETDİ – “Bu addımlardan çəkinin”backend

Rusiya Ermənistan və Azərbaycanı təmas xəttində gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Həqiqətən də, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilmiş bəyanatda tərəflərin, Azərbaycan və Ermənistanın problemi yalnız sülh yolu ilə siyasi və diplomatik kanallar vasitəsilə həll etmək əzmində olduğu vurğulanır. Bu səbəbdən biz tərəfləri təhlükəli hərəkətlərdən çəkinməyə çağırırıq. Təmas xəttində gərginliyi artıra biləcək addımlar yolverilməzdir” – deyə, deyə Peskov qeyd edib.

Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini sərhədin şərq hissəsində Ermənistan ordusunun mövqelərini atəşə tutmaqda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi də öz növbəsində sərhəddəki Azərbaycan mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.