Kreml: Mariupolda hələlik Qələbə paradı keçirmək olmazbackend

Bu il mayın 9-da Mariupolda Qələbə paradı keçirmək mümkün deyil.

“Yeni Gündəm” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, vaxt gələcək 9 may Mariupolda geniş bayram kimi qeyd olunacaq.

“Əlbəttə ki, orada mayın 9-da rusiyalılar olacaq. Amma mənim heç bir rəsmi nümayəndə heyətindən xəbərim yoxdur. Artıq deyilib ki, bu il təbii ki, bu, məlum səbəblərdən mümkün deyil. Amma vaxt gələcək və geniş bayram olacaq. Hərbçilər tərəfindən hər hansı planın olub-olmadığını deyə bilmərəm, amma mənim həmkarım Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko orada idi və o, bu suallara cavab verdi”, – Kremlin sözçüsü vurğulayıb.

APA