“Kreml məsələnin bitməsini istəmir”backend

“Rusiyalı jurnalistlərdən biri dünən Moskvada ortaq mətbuat konfransı keçirən Ermənistanın və Rusiyanın xarici işlər nazirlərinə belə bir sual verib: “Rəsmi Bakının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması tələbini necə qiymətləndirirsiniz?” Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlar aparmadığını, İrəvan üçün “Dağlıq Qarabağın statusunun” əsas məsələ olduğu fikrini təkrarlayıb. Göründüyü kimi, Paşinyan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina etməkdədir, hələki, müqavimət göstərir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Bəs Sergey Lavrov rusiyalı jurnalistin sualına necə cavab verib? Rusiyanın xarici işlər naziri sadəcə cavabdan yayınıb, “bu məsələlər tərəflər arasında həll olunmalıdır” kimi qeyri-müəyyən fikir söyləyib. Halbuki, Lavrova və onun patronuna da bəllidir ki, Ermənistanla Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini qarşılıqlı olaraq tanısalar, məsələ bitəcək. Ancaq Kreml məsələnin bitməsini istəmir…” – E.Şahinoğlu bildirib.