Kreml rusları Olimpiadaya fərdi idmançı kimi getməyə çağırıbbackend

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, yerli idmançılar 2024-cü il Olimpiadasına fərdi idmançı kimi getməlidirlər.

“Yeni Gundem” xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

“Biz əlbəttə ki, idmançılarımızın səviyyəsini qoruyub saxlamalıyıq və bunu beynəlxalq yarışlar olmadan etmək mümkün deyil. Biz bilirik ki, hələ də bu Oyunlarda şəxsi imkanları ilə iştirak edəcək idmançılar olacaq. Əminəm ki, biz bu şəkildə iştirak etməliyik”, – Peskov bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK Rusiyaya Parisdə keçiriləcək Olimpiadaya dəvət göndərməkdən imtina edib.

Rusların 2024-cü il Oyunlarında iştirakı ilə bağlı qərar qeyri-müəyyən müddətə təxirə salınıb. BOK-un mətbuat konfransında Bax, qərarın “Olimpiadaya bir il qalmışdan gec olmayaraq” veriləcəyini söylədi.

Daha əvvəl məşqçi Tatyana Tarasova demişdi ki, rus fiqurlu konkisürmə Asiyaya baxmağa ehtiyac yoxdur.