Kremlin uğursuz siyasəti-“Azərbaycanın tələbləri dəyişilməz olaraq qalır” – Politoloqbackend

Əsas cərəyan edən prosses Aİ-nin Ermənistan sərhədinə göndərdiyi missiyadır.Lavrovun Azərbaycana gəlişi ,eyni zamanda Vardanyanın oyuncaq rejimin uzaqlaşdırılmasını əsas siyasi gündəm kimi qiymətləndirmək olar.

Bu sözləri “Yeni Gundem”- ə açıqlamasında Politoloq Samir Hümbətov deyib.

Onun fikrincə,Aİ missiyasının Azərbaycan-Ermənistan sərhədinə gəlməsi beynəlxalq hüququn tapdalanması olsa da hər halda Ermənistan uğurunda Qərb və Rusiyanın soyuq siyasi davranışı kimi dəyərləndirmək olar.
“Ermənistanın Qərbə inteqrasiya yolunu tutması Aİ-nin regionda missiya formalaşdırmasına gətirib çıxarıb”-deyə o qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Avropa İttifaqının regiona daxil olması rəsmi Moskvanı hədsiz dərəcədə narahat edir:
“İndiki məqamda Avropanın Cənubi Qafqaza baxışı Kremlin sıxlaşdırması üzərində qurulub.Bu bizdən daha çox Rusiyanı narahat edən məsələdir.Ona görə missiyanın gəlişindən əvvəldə sonrada rəsmi Moskva bəyanatlarla çıxış etdi ki, Azərbaycandan icazə alınmalıdır”-o deyə o vurğuladı.
Politoloq Samir Hümmətov açıqladı ki, Rusiyanın təklif etdiyi sülh planı nə Azərbaycanı ,nə də Ermənistanı qane edir.
“Lavrovun Azərbaycana səfəri səkkiz ay öncə də baş tutmuşdu.O da nəticəsiz qaldı.Çünki Rusiyanın təklif etdiyi sülh yolu iki ölkənin heç birini qane etmir.Rusiya Cənubi Qafqazda öz varlığını qorumağa çalışır.Azərbaycan tərəfi mövqeyində qalır.Rusiya istəsədə istəməsə də Azərbaycan öz maraqları naminə hərəkət edəcək.Lavrovun səfərində eşidiləcək sözlər budur ki,ya sülh olmalı yada sonsuzdur.Ağır proses baş verəcək.Rusiya bölgədə sülh istəsəydi Vardanyan kimi terrorçu dəstələrini Qarabağda saxlatmazdır.Əsas məqsəd bəllidir.Rusiya öz təsirini qorumaq üçün onları oraya yerləşdirir.Nə olursa olsun Azərbaycanın tələbələri dəyişməz olaraq qalır”-deyə o fikrini yekunlaşdırdı.
Fərahim Rəhimov