Avropa İttifaqının (Aİ) yardımı son məqsəd kimi Krımın Ukrayna tərəfindən işğalına yönəlməlidir. Euractiv portalı xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski Praqada keçirilən Krım Platforması forumunun parlament sammitində çıxışı zamanı deyib.
“Avropa İttifaqının və bütün demokratik ölkələrin siyasəti Ukraynanın 1991-ci il sərhədləri daxilində, o cümlədən Krım daxilində ərazi bütövlüyünü bərpa etmək olmalıdır”, – Lipavski bildirib.
Onun fikrincə, Rusiya Krım vasitəsilə “Qlobal Cənub ölkələrinə taxıl tədarükünü əngəlləyir”. O, həmçinin yarımadanı “Rusiyanın Avropadakı imperialist ambisiyalarına son qoymağın açarı” adlandırıb.
Bundan əvvəl Çexiya prezidenti Petr Pavel Qərb ölkələrini Kiyevin Krımı ələ keçirmək planlarını dəstəkləməkdən çəkinməyə çağırmışdı.
Mənbə: Lenta.Ru
Aynur Camal