“Krım platfofmasını” görməzlikdən gəldiyimizə görə…”backend

“Azərbaycan avqustun 23-də Kiyevdə işə başlayacaq “Krım platfoması”nda iştirak etməyəcək. Kreml “Krım plaformasının” qatı əleydarı kimi orada iştirak edənləri hədəf alacaq.

Buna görə də Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər. Halbuki, Azərbaycanda Rusiyanın siyasətindən və rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətindən razı qalan tapılmaz. “Krım platfofmasını” görməzlikdən gəldiyimizə görə rusiyalı hərbçilərin Qarabağa erməni separatçıları ilə qucaqlaşmadan əl çəkəcəklərini və Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu xatırladıb ki, avqustun 23 və 24-də Ukraynada bayraq və müstəqillik günü qeyd edilir: “Heç olmazsa həmin gün axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası üzərində Qarabağ müharibəsində bizə dəstək verən Ukraynanın bayrağının videoproyeksiyası unudulmasın, “bu texniki səbəblərdən mümkün deyil” bəhanəsi gətirilməsin…”