Kriştianu Ronaldu PSJ-yə keçə bilərbackend

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Fransada davam etdirə bilər.

“Yeni Gündəm” xəbər verir ki, PSJ portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Yayda Kilian Mbappenin İspaniya “Real Madrid”inə keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir.

Təcrübəli oyunçu “qırmızı şeytanlar”la vidalaşmağa qərar versə, PSJ onunla danışıqlara başlayacaq.

Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldunun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib. Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm “Mançester Yunayted”in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.