Kubokun oyunlarının vaxtı açıqlandıbackend

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

“Yeni Gündəm” PFL-in saytına istinadən xəbər verir ki, matçlar 1-2 fevral tarixlərində keçiriləcək.

1 fevral (bazar ertəsi)

16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral (çərşənbə axşamı)

16:00. “Keşlə” – “Kəpəz”
“ASK Arena”

18:00. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.