Kuleba: Ukraynaya daha çox silah lazımdırbackend

Kuleba, infrastruktura hücumlar səbəbindən Ukraynanı daha çox silahla təmin etməyə çağırıb.Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkənin kritik infrastrukturuna yeni zərbələr endirilməsi ilə əlaqədar ölkəsi daha çox silah tədarük etməlidir. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.

“ Rusiya bizim mühüm mülki infrastrukturumuza daha çox raket zərbəsi endirib… Rusiya nə qədər çox hərbi cinayət törədirsə, Ukrayna daha çox silahla təmin edilməlidir”, – nazir yazıb.

Dekabrın 5- də Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə və müdafiə kompleksinin əlaqəli obyektlərinə, rabitə mərkəzlərinə, enerji və hərbi hissələrinə kütləvi zərbə endirildiyini elan edib.

Bundan əvvəl “Ukrenerqo ” Ukraynada enerji infrastrukturu obyektlərinin zədələnməsi səbəbindən elektrik enerjisinin fövqəladə kəsilməsinin başladığını bildirilib.

Ayşən