Küləkli hava nə vaxtadək davam edəcək?backend

Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib.

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

May ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var: “Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.