“Kupça” almaq istəyənlərin NƏZƏRİNƏbackend

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu oktyabrın 12-si və 16-sı Bakının iki rayonunda keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 12 oktyabrda sənəd qəbulu Xətai rayonu, X. Məmmədov küçəsi, məhəllə 2944A (Yeni ünvan sisteminə görə  X. Məmmədov küçəsi, 174), oktyabrın 16-da isə Yasamal rayonu, Ə. Əhmədov küçəsi, 41BA ünvanında təşkil olunacaq.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.