Kür-Bakı magistral su kəmərində qəza baş verdibackend

Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, əraziyə qəza briqadları və xüsusi texnika cəlb olunub.

Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.