Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib – VİDEObackend

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb və erməni xalqına müraciət ediblər.

“Yeni Gündəm”-in xəbərinə görə, onlardan biri bildirib:

“Mən Mikayelyan Albert Yervandi sentyabrın 7-si 2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olmuşam. 2019-cu ilin dekabrın 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütməsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artiq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ diolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

Digər hərbçi isə adının Valera Ayrapetyan Aşotoviç olduğunu bildirib:

“Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə – Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 8 nəfər qoşuldu. Biz dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamağımızı dedik. Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”.

Digər əsir Edik Solakoviç Tonoyandır: “Mən Edik Solakoviç Tonoyanam. 1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayandan sonra məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Razılaşdım ki, Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə – Horadiz rayonuna apardılar. Biz orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra biz durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın. Biz əvvəllər yaxşı yaşayırdıq, yaxşı qonşu münasibətlərimiz var idi”.