Kürdəmirdə elektirik dirəkləri və naqillər sakinlər üçün təhlükə yaradır – VİDEObackend

Kürdəmirdə elektirik dirəkləri və naqillər sakinlər üçün təhlükə yaradır.

Elektirik dirəkləri qəzalı, naqillər istismar müddətini başa vurub, insanlar isə hər an təhlükə altında yaşayırlar…

“Yeni Gündəm” xezerxeber.az-a istinadən bildirir ki, söhbət Kürdəmir rayonunun Çölqubalı kəndindən gedir.

Kəndin elektirik şəbəkəsi demək olar ki, sıradan çıxıb. İllərdir ki,  dəyişdirilməyən   dirəklər bir neçə istiqamətdə tamamilə qəzalı vəziyyətə düşüb. Bəzi yərlərdə isə  agac parçalarından istifadə edilib.

Sakinlərin sözlərinə görə, elektrik dirəkləri və xətləri qəzalı vəziyyətdə olduğu üçün tez-tez enerjinin verilməsində fasilələr yaranır. Bu zaman evlərdə olan   cihazlar da  sıradan çıxır.

Kənddə çəkiliş apardığımız zaman “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Kürdəmir Elektirik Şəbəkəsi əməkdaşları əraziyə gəldilər. Şəbəkənin baş mühəndisi İxtiyar İmanov “Xəzər Xəbər”ə şifahi olaraq bildirdi ki,  Çölqubalı və Ərəbqubalı kəndlərinin  ümumilikdə 746 abonenti var. Ötən il həmin kəndlərin elektirik şəbəkəsinin yenilənməsi üçün 300-ə yaxın dəmir dirək gətirilib. Hazırda kəndin digər tərəfində işlər aparılır. Apel ayından etibarən qalan dirəklər də gətirilərək bütövlükdə elektirik şəbəkəsi yenidən qurulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.