Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıbbackend

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini T.Həşimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılarkən iki büküm narkotik maddə olan heroin aşkar edilib.

T.Həşimov ifadəsində narkotik maddəni rayon sakini olan bir qadından aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə heroin satan L.Ağayeva da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.