Kürəkən qayınanasını bıçaqladıbackend

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ağcabədi rayon sakini Gündüz Rəhimov ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı qayınanası, 1977-ci il təvəllüdlü, Ucar rayon sakini Aynur Əliyevaya bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında cavab olaraq bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb:

“Müvafiq ekspertiza təyin olunub və şöbənin istintaq bölməsində araşdırmalar davam etdirilir”.