“Kurtlar vadisi”nin aktrisası vəfat etdi – FOTObackend

Türkiyəli tanınmış aktrisa Başak Özel vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə onun sənət yoldaşları məlumat yayıb.

51 yaşlı aktrisanın ölüm səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Başak Özel “Kurtlar vadisi”, “İhlamurlar altında” və “Melekler adası” kimi məşhur seriallarda rol alıb.