“Kurtlar vadisi”nin məşhur aktyoru öldübackend

Türkiyənin məşhur aktyoru Haldun Boysan vəfat edib.

“Yeni Gündəm”-in xəbərinə görə, H.Boysan “Maria ile Mustafa” adlı serialın çəkilişləri zamanı səhhətində problem yaranıb. Təcili yardım gəldikdən sonra, məlum olub ki, məşhur aktyoru infarkt vurub və o dünyasını dəyişib.

Qeyd edək ki, H.Boysan “Kurtlar Vadisi” serialında məşhur Tombalacı Mehmet obrazını canlandırıb.