“Kurtlar vadisi”nin məşhur aktyoru vəfat etdibackend

Bu gün Türkiyənin tanınmış aktyoru İsmayıl İncekara 72 yaşında vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə aktyor Zafer Algöz məlumat verib.

Qeyd: İ.İncekara 1950-ci ildə Bursada anadan olub. Ankara Dövlət Konservatoriyasını bitirib. Təhsilini başa vurduqdan sonra İstanbul Dövlət Teatrında fəaliyyətə başlayıb. O, Türkiyə isethsalı olan bir sıra film və seriallarda yaddaqalan obrazlar yaradıb. “Kurtlar vadisi” serialında İplikci Nedim obrazı ilə daha da məşhurlaşıb.