Laçın polisi qanunsuz ov edən şəxsləri saxladıbackend

Şamaxı və Ağcabədi rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

“Yeni Gündəm” DİN-ə istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinin Boz qobu adlanan ərazisində qanunsuz ov edən İmişli rayon Muradxanlı kənd sakini Nəcməddin Hüseynov saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan 2 ədəd 16 çaplı “Tula” markalı ov tüfəngi və ovladığı çöl quşları götürülüb.

Onların Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları məlum olub. Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.