Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli Lider HeydərƏliyevin böyük səyləri nəticəsində gənclərin təhsili, mədəni və məişət tələbatının ödənilməsi istiqamətindəməqsədyönlü və ardıcıl tədbirlər görülmüşdür. Əsrinsonlarında isə xalqımızın milli azadlığı və ölkəmizin ərazibütövlüyü uğrunda gedən mübarizədə də gənclər fəaliştirak etmiş, dövlət müstəqilliyinin əldə edilməsi üçünhəyat və sağlamlıqlarını əsirgəməmişlər.
Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfəhakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətindiqqət mərkəzində olmuşlar. Gənclər siyasətinitənzimləyən normativ hüquqi baza və onun həyatakeçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyətiorqanı – Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlətqurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsivə digər sahələrdə dövlət tərəfindən genişmiqyaslıtədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsiolaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycandagənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyəəsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurlahəyata keçirilir. Vətən savaşı bir daha onu göstərdi ki, ölkəmizin gələcəyi əmin əllərdədir. İkinci Qarabağmüharibəsi Azərbaycan gənclərində torpaq, Vətənsevgisinin sonsuz olduğunu göstərdi. Gənclərimiz həmdöyüş meydanında, həm də informasiya müharibəsindəvətənpərvərlik hisslərini mərdliklə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyevin çağırışına cavab verəngənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraqdoğma torpaqlarımızı işğaldan azad etdilər. Üçrənglidövlət bayrağımız tarixi torpağımız olan Qarabağdadalğalandırıldı. Azərbaycan əsgəri yazdığı yeniqəhrəmanlıq salnaməsi ilə xalqımızın qürurunu özünəqaytardı.
Bu il öz xalqını zamanın mürəkkəb tarixi-siyasisınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizəapararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətlişəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilAzərbaycan Respublikasında “Heydər Əliyev İli” elanedilib. Bu baxımdan Azərbaycan gənclərinin üzərinəböyük məsuliyyət düşür. Çünki Heydər Əliyev bizəgənclərin vətəndaşlıq tərbiyəsinin, mənəvi ucalığınınbütün aspektlərini özündə birləşdirən bütöv bir elminəzəriyyə, zəngin irs qoyub getmişdir. O, gənclərintərbiyəsində milli ənənələrin, mənəvi dəyərlərinümumbəşəri dəyərlərlə vəhdətdə götürülməsi, bunungənclərimizin mənəvi kodeksini təşkil etməsini, gənclərləişin bu istiqamətdə aparılmasını tövsiyə edirdi. ÜmummilliLider milli vətənpərvərliyin Azərbaycanın hər birvətəndaşının, hər bir gəncinin həyat prinsipinəçevrilməsini, xüsusən ölkəmizdə yeni müstəqil, hüquqidövlət, yeni iqtisadi-siyasi sistem quruculuğu dövründəxüsusi önəm daşıdığını qeyd edirdi. Ulu Öndərin zəngin vəçoxşaxəli irsini qoruyub saxlamaq hər bir Azərbaycangəncinin şərəfli vəzifəsidir.
Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılmasıistiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali BaşKomandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsindədüşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imzaatdı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətinproblemi həll edərək Ermənistanı, dünyadakı ermənidiasporunu və onların havadarlarını diz üstə çökdürərəkreallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədalətibərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldəedilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanınbəhrəsi idi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyaAzərbaycanın şanlı qələbəsinin şahidi oldu. AzərbaycanOrdusunun Qələbə salnaməsi daim xalqın yaddaşındayaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndəntəmizləndi. Düşmən ordumuzun gücü qarşısında geriçəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərinolmasına rəğmən Azərbaycan zəfər çaldı. Xalqımız, bütündünya azərbaycanlıları möhtəşəm qələbəni böyük qürurhissi ilə qeyd etdi.
İşğaldan azad olunan digər ərazilər kimi, ən böyük rayonlarımızdan olan Laçın rayonu da ölkənin gələcək inkişafında, xüsusilə də iqtisadi sferada mühüm rol oynayacaq. Bu rolun ölkə iqtisadiyyatına töhfəsi, Laçın şəhəri həm geoiqtisadi, həm də geosiyasi, eyni zamanda regionda təhlükəsizliyin formalaşması baxımından ən mühüm yaşayış məntəqələrindəndir. Şəhərin işğaldanazad olunması Azərbaycanın müasir tarixinin ən stratejihadisələrindən hesab olunur. Bununla da regiondadayanıqlı sülhün, o cümlədən növbəti mərhələdə regionalkommunikasiyaların yenidən bərpası üçün xüsusi imkanlaryaranır. Laçının tam nəzarətimizə keçməsi regionda yenimərhələnin başlanması kimi xarakterizə olunur. Belə ki, Laçın rayonu həm də iqtisadi cəhətdən böyük potensialamalik bölgələrimizdəndir. Rayonun həm böyük turizmpotensialı, həm aqrar, eləcə də sənaye sektorundamüqayisəli üstünlükləri var.
İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kəndtəsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıqinkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncəLaçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələridaha çox xammal növlərinin emalına əsaslanmışdı. Həmçinin zəngin təbii ehtiyatlara malik olan Laçınrayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları vədigər faydalı qazıntı ehtiyatları var. Qısa zamandarayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycaniqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, Filologiya üzrə elmlər doktoru, professor / İmamverdi Həmidov