Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalıaltındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşanerməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağətrafında işğala məruz qalmış bütün ərazilərinin azadedilməsini başa çatdırdı.
Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr – 9 noyabr) ərzində 4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsivə Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanıdərin böhrana saldı.
Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyüdüşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyarddollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyükzərbədir.
Prezident İlham Əliyev: Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnikaverilirdi, özü də pulsuz, bunu hər kəs bilir.
Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyinoyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçınrayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşunaçıxmadı, rayondan çıxmağa məcbur edildi.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhzözünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəmtarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbikapitulyasiyasının növbəti təsdiqidir.
Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb dairələri bu mövqeyidəstəkləyib.
Prezident İlham Əliyev: Laçınlıları qısa müddət ərzindəLaçına qaytarmaq Azərbaycan dövlətinin əsa vəzifələrindənbiri olacaqdır.
Prezident İlham Əliyev: Keçmiş məcburi köçkünlərin işğaldanazad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzindəqaytarılması üçün gərəkli addımlar atılacaq.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələrihələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavəndrayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərqyamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündürnöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.
Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp vəalp çəmənliklərindən ibarətdir.
Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağaclarıvar. Mineral suları tam tədqiq edilməyib.
Tanınmış şəxslər: XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirinsərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhurAzərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalqtəhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov; Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxanoğlu Şahsuvarov və b.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suverenhaqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdəvətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətirəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və NaxçıvanMuxtar Respublikası arasında nəqliyyat əlaqəsinintəhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhlizAzərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətənmüharibəsində ikiqat Qələbənin nəticəsidir.
İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərəböyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızınnormal həyatı üçün bütün addımlar atılacaq.
Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısıkoordinasiya şəklində aparılacaqdır.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kəndtəsərrüfatı, turizm potensialı çox böyükdür.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşıhərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmişDağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonununəhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 minnəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlifbölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistantərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərəryetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyəmüəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəliftəyinatlı istehsal müəssisələri talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəvandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndindəməscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tuncsikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinintalan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əlçantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları iləüzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçınrayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbiiresurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafiktərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləriErmənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundanməcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərarqəbul edərək, onların İnsan Hüquqları və FundamentalAzadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyəthüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarınınpozulduğunu təsbit edib. Həmçinin qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbihücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsindəçoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi vəyandırılması, hərbi münaqişə dövründə Laçın və ətrafkəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarınErmənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənintörədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğalyolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-ninTəhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993-cü il), 853 (1993-cü il), 874 (1993-cü il) və 884 (1993-cü il) saylı qətnamələriqəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və DağlıqQarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdəndərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinintələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycanərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasətyürüdür.
Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindənAzərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçininAzərbaycanın işğal olunmuş ərazilərindən 700 mindən artıqköklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasınınnəticələrinin Ermənistan tərəfindən Azərbaycanın DağlıqQarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməniazlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.
Ermənistan, nəhayət başa düşməlidir ki, Azərbaycanərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanıngüddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslananstatus-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsassəbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğalolunmuş ərazilərindən çıxarılması hərtərəfli regionaləməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təminolunmasına töhfə verə bilər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü vəsuverenliyinin bərpa edilməsi Laçın, habelə ölkənin digər işğalolunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi vəümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılmasıbeynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətininşəksiz ayrılmaz hüququdur.
Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətindəbeynəlxalq səylərin artırılmasını dəstəkləyərək, beynəlxalqsəviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü vəsuverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpaetmək hüququnu özündə saxlayır.
Zərinə Hümbətova— Azərbaycan Dövlət PedaqojiUniversiteti, YAP üzvü, Nəsimi rayon gənci