Laçına qayıdış “Böyük qayıdışın təntənəsi”dir!backend

28 may 2023-cü il Azərbaycan tarixində ikiqat bayram kimi yadda qaldı. Azərbaycanın  dilbər guşələrindən olan Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıdıblar. İşğaldan azad olduqdan sonra Laçın rayonunda yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir. Son 7-8 ay ərzində Laçın rayonunun böyük bir hissəsinin tamamilə yenidən qurulması Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ölkə başçısının göstərişi əsasında Laçın şəhərinin baş planı hazırlanmış , qısa müddət ərzində fərdi yaşayış binaları və çoxmənzilli binalar inşa edilmişdir. Bu əsas verir ki, yaxın gələcəkdə Laçın şəhərində 4 minə yaxın insan məskunlaşacaqdır. Laçın şəhərində sakinlərin rahat şəkildə yaşaması üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar Cənab Prezidentin ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir. Laçın şəhərində müasir standartlara cavab verən tibb məntəqəsi , yeni məktəb binası və bir çox müəssisənin yadılması nəzərdə tutulur. Laçın ərazisində Aqro və Sənaye Parkının yaradılması gələcəkdə rayon sakinlərinin daimi işlə təmin olunması istiqamətində mühüm addımdır.

      Laçaın rayonunun 30 il mənfur düşmənin tapdağı altında qalması, Qaarabağda yerləşən şəhərlərimizin və kəndlərimizin dağırıdılması bizimi üşün böyük faciə idi. Çünki, Laçın starteji mövqeyinə görə mühüm əhəmiyyət kəsb edir. Şuşa rayonundan təxminən 10 gün sonra Laçın rayonun işğal edilməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Azərbaycanın  o dövrki rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində Şuşa və Laçın rayonları müdafuəsiz qalmış və düşmən işğalı altına düşmüşdür. 44 günlük Vətən müharibəsi dövründə şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı düşməndən azad etmişdir. Azərbaycan hökumətinin humanist addımı nəticəsində ermənilər Laçın ərazisindən keçərək  Qarabağa daxil ola bilir, humanitar daşınmalar təmin edilir. Lakin Azərbaycan hökumətinin humanistliyindən istifadə edən separatçı erməni quldurları Qarabağa qanunsuz silah daşımağa davam edirlər. Əlbəttə bu yolverilməz haldır, bunun qarşısını almaq üçün dərhal cavab tədbirləri göürülmüşdür. 2023-cü ilin aprel ayında Azərbaycan Prezidentinin göstərişinə əsasən Qarabağa gedən yolun nəzarətsiz qalmış hissəsində qanuni olaraq sərhəd-buraxılış məntəqəsi yaradılmışdır. Bununla da dövlət sərhəddimiz tamamilə nəzarətə götürülmüşdür.

      Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkdə anarxiya, bölüşdürücü fəaliyyətlə məşğul olan qüvvələr tamamilə aradan qaldırıldı. Ölkə parçalanmadan və tənəzzüldən xilas oldu. Ordu quruculuğu sahəsində görülən mühüm tədbirlər nəticəsində Azərbaycan güclü orduya sahib oldu. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında düşməni döyüş meydanında məğlub etdi. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi və torpaqlarımızdan qovdu.

        İkinci Qarabağ müharibsəindən keçən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımızda həyat getdikcə öz məcrasına qayıdıb. Qarabağın hər qarış torpağında, şəhərlərdə, qəsəbələrdə, kəndlərdə həyat yenidən canlanır. Ölkəmizin bütün iqtisadi potensialı  Qarabağın  yenidən bərpasına istiqamətlənib. Cənab Prezidentin apardığı uğurlu diplomatiya nəticəsində Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Şuşa işğaldan azad olunduqdan sonra Ermənistan 10 noyabr 2020-ci ildə faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Ermənistan Dağlıq Qarabağa status verilməsi iddialarının üstündən birdəfəlik xətt çəkilib. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman razı olmayacaq. Artıq bunu Ermənistan və onun havadarları da çox yaxşı başa düşürlər. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın haqlı mövqeyi ilə tamamilə razılşaıblar. Çünki, biz öz torpağımızdayıq, Qarabağ bizim əzəli və hüquqi torpağımızdır. Azərbaycan –Ermənistan sərhəddinin demilitasiyası bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında imzalanmalıdır, Naxçıvana yolumuz açılmalıdır, Qarabağda qanunsuz fəaliyyət göstərən Ermənistan ordsunun bölmələri oradan çıxarılmalıdır.

Samir Səmədov İlyas Əfəndiyev adına Elitar gimnaziyanın tarix müəllimi