Laçında erməni vandalizmibackend

Otuz il erməni işğalı altında olmuş Laçın şəhərindən erməni vandalizmini əks etdirən yeni görüntülər yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, kadrlardan
ermənilərin şəhəri tərk edərkən yaşayış evlərini, iaşə obyektlərini dağıtdığı görünür.

Bu ermənilərin barbarlığının növbəti sübutudur.

Qeyd: Avqustun 26-da Prezident İlham Əliyev Twitter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.