Laçında qalan ermənilərin sayı açıqlandı – FOTObackend

“Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb. “Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan edib”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Vüqar Bayramov: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir” Pravda.az

Deputat bildirib ki, 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı: “2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərki etməlidirlər. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi Azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər”.

V. Bayramov vurğulayıb ki, 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə indi 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır: “Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur”.

Fotoları təqdim edirik: