Lalə Azərtaş: “Elçi gedəndə el dilində deyirlər ki, “gözün su içdi?” – AÇIQLAMAbackend

“Təsir dairəsi” ictimai-sosial proqramının aparıcısı Lalə Azərtaş bir neçə gün əvvəl canlı efirdə dediyi “Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən” sözlərinə reaksiya bildirib.

Proqramın ötən axşamkı buraxılışında aparıcı söhbət əsnasında qalmaqallı fikirlərinə yarızarafat, yarıciddi münasibət bildirib.

“Elçi gedəndə el dilində deyirlər ki, “gözün su içdi?”, sonra bunu yazmayın. Göz su içmir, bu məcazi mənada deyilən sözdür” – deyə, L.Azərtaş qısa şərh verib.

Qeyd edək ki, Lalə Azərtaş aylar əvvəl aparıcısı olduğu “Birinci studiya” analitik-informasiya proqramında qaz pulunun artırılması ilə bağlı söylədiyi “Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı.

İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin” – sözləri cəmiyətdə birmənalı qarşılanmamışdı.

Sfera.az