“Land Cruiser” yaşlı qadını vurub öldürdübackend

Gəncədə qadın piyada vurulub.

“Yeni Gundem”in verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Gəncə şəhərində Təcili Tibbi Yardım Xəstəxanasının yanında baş verib.

Gəncəçayın üzərindəki körpüdə yolu keçən 1955-ci il təvəllüdlü Sevil Babayevanı “Toyota Land Cruiser” markalı avtomobil vurub.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib. Qadının şəxsiyyəti hələ ki, bəlli deyil. Araşdırma aparılır.