Latviya Belarusla sərhəddə 64 kilometrlik sədd çəkirbackend

Latviya Belarusla sərhəddə 64 kilometrlik səddin tikintisinə başlamağı planlaşdırır.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, səddin tikintisinə apreldə başlanılacaq.

Latviya qeyri-qanuni miqrantların sərhədi keçməsinin qarşısını almaq üçün hələ 2016-cı ildə Belarusla sərhəddə xüsusi hasar çəkməyə qərar verib. İndiyədək 54 kilometr tikilib ki, bu da layihələndirilən hasarın ümumi uzunluğunun üçdə birindən azdır.

“Biz artıq görülən işlərin real nəticələrini görürük ki, bu da bizə gecikmədən tikintiyə başlamağa imkan verir”, – Dövlət Əmlakı Şurasının sədri Renars Qriskeviç bildirib.

Xatırladırıq ki, Belarusla sərhəddə sədd çəkmək qərarı da digər iki ölkə, Polşa və Litva tərəfindən verilib.

Fərahim Rəhimov