Latviya prezidenti Azərbaycana ayın 8-də gələcəkbackend

Latviya Prezidenti Egils Levits martın 8-də Azərbaycana rəsmi səfərə gələcək.

“Yeni Gundem” xəbər verir ki,Latviya rəhbəri Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, martın 9-dan 11-dək Azərbaycanın paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda Latviya Prezidentinin iştirakı da nəzərdə tutulub.

Fərahim Rəhimov